Fransada koronavirusdan ölənlərin sayı 10 mini keçdi

Fransada koronavirusdan ölənlərin sayı artmaqda davam edir.

Direct.az saytı TASS-a istinadən xəbər verir ki, bu xəstəlik səbəbindən dünyasını dəyişənlərin ümumi sayı 10 mini keçib.Ölkənin Səhiyyə departamentinin baş direktoru Jerom Salomon mətbuat konfransında bununla bağlı açıqlama verib.O bildirib ki, martın 1-dən bəri koronavirusa yoluxanlar arasında 10328 ölüm qeydə alınıb.Daha 30 minə yaxın insan xəstəxanalardadır.
loading...