Salyanda 20 yaşlı gənc özünü asıb

Salyanda 20 yaşlı gənc intihar edib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə rayonun Qarabağlı kəndində baş verib. 

Belə ki, kənd sakini Həsənov Həsən özünü yaşadığı evin həyətində asıb. Məlumata görə, o, dəstəmaz alıb namaz qıldıqdan sonra canına qəsd edib. Onun hansı səbəbdən intihar etdiyi bəlli deyil. Qeyd edək ki, H.Həsənov hərbi xidmətdən 1 ay öncə qayıdıb. Faktla bağlı araşdırma aparılır.
loading...