Rusiyadan Azərbaycana COVİD-19 üçün test gətirilib


Rusiya Federal İstehlakçı Hüquqları və İnsan Rifahı Qoruma Xidməti COVİD-19 ilə bağlı 5 min müayinə keçirmək üçün daha 50 dəst test sistemini Azərbaycan Səhiyyə Nazirliyinə təqdim edib.

Direct.az “Report”a istinadən istinadən xəbər verir ki, bununla da adıçəkilən ölkədən ayın əvvəlindən etibarən təmənnasız olaraq gətirilən test dəstlərinin sayı 120 ədədə çatdırılıb.Həmin ləvazimatla bütövlükdə 12 min nəfərin müayinəsini həyata keçirmək mümkündür.Bundan əvvəl Rusiya tərəfindən Azərbaycana 70 ədəd bu cür test dəstinin verildiyi bildirilmişdi.
loading...