Dağlıq Qarabağda daha bir erməni əsgər ölüb


Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində müqavilə əsasında xidmət aparan erməni əsgər ölüb.

Direct.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" portalı məlumat yayıb.2000-ci ildə anadan olan Qaregin Babakexyan aprelin 3-də gecə saatlarında odlu silahdan açılan atəş nəticəsində ölüb.Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidməti hərbçinin ölüm faktını təsdiqləyib.
loading...