242 illik məşhur şirkət iflasa hazırlaşır


İngiltərənin pərakəndə geyim və ev əşyaları mağazası olan 242 illik “Debenhams” iflasla üz-üzə qaldığını açıqlayıb.

Direct.az CNN Türk-ə istinadən xəbər verir ki, şirkətin rəhbəri Stefan Vanstinkist daha öncə bənzəri görülməyən çətin bir zamandan keçdiklərini, koronavirus səbəbindən elan edilən karantinə görə mağazalarının bağlandığını və nəticədə şirkətin iflas etdiyini açıqlamağa hazırlaşdıqlarını söyləyib.Vanstinkist iflas hazırlığına baxmayaraq şirkətin onlayn satışlara davam edəcəyini bildirib.Məlumata görə, “Debehams” iflas etdiyini açıqladıqdan sonra hissələrinin borclu olduğu banklara və ABŞ-ın “Silver Point Capital” liderliyindəki bir qrup investisiya şirkətlərinə satılması gözlənilir.

Qeyd edək ki, “Debenhams”ın 20 ölkədə 220 mağazası fəaliyyət göstərir. Şirkətin ümumilikdə 28 min işçisi var.İngiltərə hökuməti bütün ölkə miqyasında işçilərə dəyən ziyanı qarşılamaq üçün yardım paketi açıqlayıb. Bu çərçivədə işçilərə maaşın 80 faizi (maksimum 2500 avro) veriləcək.
loading...