Fransada nazir koronavirusa yoluxdu

Fransada millət vəkillərindən sonra daha bir rəsmi şəxsi koronavirusa yoluxub.
Belə ki, Fransa Mədəniyyət naziri Frank Riesterin koronavirus testinin nəticələri müsbət çıxıb.
Bu barədə “İnterfaks” məlumat yayıb. Bildirilir ki, hazırda nazirin vəziyyəti sabitdir.
Qeyd edək ki, Fransada koronavirusa yoluxanların sayı 1 412-yə çatıb. Onlardan 25-i vəfat edib. 
Xatırladaq ki, bundan əvvəl Fransa parlamentinin beş deputatında da koronavirus aşkarlanıb.
loading...