Şimali Koreya liderinin taleyi məlum oldu

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In Yapon dənizinin Şərqi Koreya körfəzi sahillərindəki xüsusi sahil villasında gizlənir.


Direct.az xəbər verir ki, bu iddianı Cənubi Koreyanın "Kanal A" televiziyası səsləndirib.Bildirilir ki, KXDR lideri Pxenyanı ötən həftə tərk edib. Çünki paytaxtda əhalinin çox olması koronavirus infeksiyasına yoluxmaq riskini artırır.Bundan əlavə, Şimali Koreya liderinin yaxın dairəsindən olan insanlarda koronavirus aşkarlandığı iddia edilir.KXDR-dən edilən rəsmi açıqlamada isə deyilib ki, Kim Çen In dərin meditasiya dövrünü yaşayır və onun səhhəti ilə bağlı hər şey qaydasındadır.
loading...