Bakıda fahişələr ərəb turistləri tələyə saldı

Bakının Səbail rayonunda fahişələrin iştirakı ilə soyğunçuluq hadisəsi baş verib.

"Direct.az" xəbər verir ki, bu barədə “oxu.az”a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.Badamdar qəsəbəsində yerləşən evdə kirayədə yaşayan 5 ərəb turist soyğunun qurbanı olub.Belə ki, martın 11-i gecə saatlarında Əlsayori Musallam Ömər (1996-cı il təvəllüdlü), Əlsayori Saleh Ömər (1995-ci il təvəllüdlü), Əlsayori Məhəmməd Rəis (1996-cı il təvəllüdlü), Əlsayori Yaslan Avna (1994-cü il təvəllüdlü) və Əlhadi Türki Mesfer (1997-ci il təvəllüdlü) Əhməd Rəcəbli küçəsində yerləşən “Ekstra” gecə klubuna gəliblər və orada üç fahişə ilə görüşüblər. Sonra turistlər onları qaldıqları mənzilə aparıblar.

Əyləncə zamanı qadınlardan biri səssizcə evdən çıxıb və dörd kişi ilə qayıdıb. Kişilərdən biri bıçaq çıxararaq, Əlsayori Yaslanı ayağından və kürəyindən yaralayıb, digərlərinə isə hədə-qorxu gəlib. Qadınlar ərəblərin ciblərindən 400 ABŞ dolları (680 AZN) oğurlayaraq yoldaşları ilə hadisə yerindən qaçıblar.

Zərərçəkənlər bu barədə Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Şöbəsinin əməkdaşlarına məlumat veriblər.Əməliyyat-axtarış tədbirləri nəticəsində polis əməkdaşları soyğunçuluqda şübhəli bilinən şəxsləri - Bakı şəhər sakini Elşən Ələsgərovu (1991-ci il təvəllüdlü), Ağdam rayon sakini.Ə.Nağıyevi (1995-ci il təvəllüdlü), Göyçay rayon sakinləri Pünhan Sadıqlını (1994-cü il təvəllüdlü), İsmayıl Qədirovu (1999-cu il təvəllüdlü) və Məhəmməd Mikayılovu (1998-ci il təvəllüdlü) saxlayıblar.Faktla bağlı cinayət işinə başlanılıb, araşdırma aparılır.
loading...